"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Baş Göynük bələdiyyəsinin sədri: “inzibati binada yanğının baş verməsi bələdiyyəmizi çətin duruma salıb”

--2017-10-24 / 14:49

Xəbər verdiyimiz kimi, şəki rayonu Baş Göynük kənd bələdiyyəsinin inzibati binası ümumi sahəsi 650 m2 olan birmərtəbəli kürsülü binanın yanar konstruksiyalarının 380 m2 sahəsi yanmışdır. inzibati bina yanğın nəticəsində tamamilə yarasız vəziyyətə düşüb.

Beş gün əvvəl baş vermiş yanğından sonra bələdiyyə fəaliyyətini bərpa edə bilibmi?

Sualı cavablandıran şəki rayonu Baş Göynük bələdiyyəsinin sədri Vüqar Məmmədov bildirib ki, yanğın nəticəsində bələdiyyənin fəaliyyəti iflic vəziyyətə düşüb. Ancaq cətinliklərə baxmayaraq, vəziyyətdən çıxış yolu tapmağa çalışırq. ilk olaraq kənddə fəaliyyət gösətrən iki saylı orta məktəbin həyətində olan dairə seçki məntəqəsinin binasında müvəqqəti olaraq məskunlaşmışıq.

Bu gün sıradan çıxmış sənədlərin bərpası ilə məşğuluq.

Yanğınla bağlı müvafiq orqanlar toplanmış sənədləri Fövqəladə Nazirlyinin Qəbələ Regional idarəsinə təqdim edilib.

Sədrin sözlərinə görə, 1956-cı ildə inşa edilən binada kənddə formalaşan kolxozun idarə heyəti fəaliyyət göstərib. Bələdiyyə formalaşandan sonra isə  bina yerli orqanın balansına verilmişdi.

 Belediyye.info

ŞƏRHLƏR